- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu yaxınlarda Londonda təsis edilən “Qafqaz” İdman Klubunun rəhbəri, tanınmış kikboksçumuz Hafiz Baxşəliyev “ermənilərin kluba girişi qadağandır” sözünə, Parisdə nəşr olunan “Nouvelles Armenie” jurnalı öz səhifəsində yer ayırıb. Allsport.az saytı avropa.info-ya istinadən xəbər verir ki, nəşr azərbaycanlı kikboksçu Londonda bir klub açıb, amma ermənilərin ora girişi qadağan etdiyini yazıb.
“Azərbaycan kikboksinq komandasının keçmiş üzvü Hafiz Baxşəliyev 2016-cı ildə Londonun mərkəzində bir yer kirayə edərək Qafqaz adlı kikboksinq və boks klubu açıb. Hazırda orada Azərbaycandan olan 10 nəfər məşq edir. “Ermənilər də gəlib məşq edə bilərlərmi” soruşanda Hafiz Baxşəliyev bildirdi: “Ermənilərin daxil olması qadağandır. Biz düşmənlərimizlə yaxınlıq etmirik”, – jurnal yazıb.