- Baxış sayı: 27
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“Vacib oyundur. Ağır görüş olacaq. Bosniya və Herseqovinanın 2 oyununu izləmişəm. Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Ancaq əlimizdən gələni edəcəyik”.
Allsport.az saytı xəbər verir ki, bu sözü futzal millimizin baş məşqçisi Joze Alesio da Silva Niderlannda təşkil olunan Avropa çempionatının “D” qrupunun sonuncu turunda Bosniya və Hersoqovina ilə sabahkı oyun öncəsi mətbuat konfransında deyib.
“Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni, İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq” deyə o, bildirib.
Braziliyalı mütəxəssis, heyətdə müəyyən dəyişiklik ediləcəyini vurğulayıb: ” Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm”.