- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Biləcəridə “Murov” klubunun bazasında super və yüksək liqalarda yeni mövsümünün açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdən sonra AVF-in 1-ci prezidenti Faiq Qarayev bunu deyib:
“Əminəm ki, birgə səyimizlə Azərbaycan voleybolunu inkişaf etdirəcəyik. Kifayət qədər gənc və perspektivli oyunçular var. Komandaların gündə 4-5 saat məşq etməsi üçün onlara şərait yaradılmalıdır. Federasiya hazırda bu məsələlərin həlli ilə bağlı çalışır.
“Murov” klubunun Biləcəridəki idman zalı təmir olunub. Digər tərəfdən federasiyanın zalı, eyni zamanda “Sərhədçi” klubunun bazasında məşqlər üçün hər şərait yaradılıb. Artıq voleybolçuların məşqləri üçün dörd zal hazırdır.
Gələn il çempionatlarda 8 kişi və 8 qadın komandasını görmək istəyirik. Bağlanmış klubların yenidən fəaliyyətə başlaması voleybolun inkişafına töhfə verər. Potensallı voleybolçular var və onları klublara cəlb etməliyik. Federasiya bu məsələlərlə məşğuldur. Gələn il bir qadın və bir kişi komandasını avrokuboklarda çıxış etməsini planlaşdırırıq”.