- Baxış sayı: 71
- 19 Mart 2026 16:25
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Gənc badmintonçularımız İran islam respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə fərqləniblər.
Allsport.az xəbər verir ki, Leyla Camalzadə – Həcər Nuriyeva tandemi 19 yaşadək qız badmintonçuların beynəlxalq turnirində qoşa yarışda qızıl medala layiq görülüb. Mübarizəyə 1/8 finaldan başlayan badmintonçularımız bütün görüşlərini qalib başa vurublar.
Ülvi Hüseynov – Əmirxan İmanov qoşası isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.