Gənc boksçular Qoridə 10 medalla 1-ci olub

Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçuların ənənəvi beynəlxalq turnirə yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, yarışa 14 idmançı ilə qatılan milli 10 medal qazanıb.

Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (60 kq), Səbuhi Əlizadənin (92 kq) 1-ci yer tutublar.

Tural Sarıyevlə (51 kq), Rza Rzazadə (75 kq) gümüş, Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) bürünc mükafata yiyələniblər.

Həmin kateqoriyadan