- Baxış sayı: 63
- 03 Mart 2026 14:22
- Baxış sayı: 254
- Mart 05, 2026
- 0

Çex Respublikasının Ostrava şəhərində gənc boksçuların Avropa çempionatında uğur qazanan millimiz vətənə qayıdıb.
Allsport.az saytı xəbər verir ki, komandanı Heydər Əliyev beynəlxalq aeroportunda boks federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri və idmançıların ailə üzvləri qarşılayıblar.
Boksçularımız U-19 Avropa çempionatında 1 qızıl, 1 gümüş və 3 bürünc medala yiyələniblər.
Millimiz eyni yarışda 16 ildən sonra 5 mükafat qazanıb.