- Baxış sayı: 160
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Mayın 20-22-də Kosovoda qitə çempionatının II təsnifatında iştirak edəcək gənc voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Allsport.az saytı xəbər verir ki, aprelin 29-da Bakıda başlayan hazırlığa Türkiyədə yekun vurulub.
Baş məşqçi Eldar Əliyevin rəhbərlik etdiyi komanda qardaş ölkədə yerli yığma ilə də gücünü yoxlayıb. “Ay-ulduzlular”la keçirilən 2 görüşdə rəqib qələbə qazanıb.
Beləliklə, 20 günlük təlim-məşq toplanışını yekunlaşdıran milli komanda bu gün Türkiyədən birbaşa Kosovoya yollanacaq.