- Baxış sayı: 10
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun çox gərgin alındı. Həm “Neftçi”, həm bizim komanda qələbə qazanmaq istəyirdi. Oyunu əsas götürüb, heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündür. Birinci hissədəki problemlərimizi nəzərə alıb, ikinci hissədə dəyişikliklərə əl atdıq. Yarımmüdafiəni gücləndirdik və sonradan Özkaranı meydana buraxdıq ki, qol vura bilək. Amma qol vurmaq mümkün olmadı. “Neftçi” ilə oyunu unudub, qarşıdakı tura yaxşı hazırlaşmalıyıq”.