GİN rəsmisi: Gənc güləş hakimlərinin yolu daim açıq olmalıdır

“Güləş yarışlarını sonacan izlədim. Pəhləvanlarımız çox yaxşı çıxış etdilər. Qazanılan qızıl medalların çoxu elə güləşçilərin payına düşdü”.

Bunu Minskdə allsport.az saytına açıqlamasında gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov dedi. Olimpiya çempionunun sözünə görə, ümumi komandamızda yer alan tək-tük hakimlər sırasında güləş növündən olması ikiqat uğurdur:

“Asif Şirəliyevin idarəçiliyindən razı qaldım. Qərarlarında qəti və dürüst idi. Onun döşək hakimliyində etiraz görmədim. Elə oldu ki, bir final görüşü ona həvalə edildi. Bu, Azərbaycana, güləş federasiyasına növbəti sayğı və etimad idi. Hazırda bizim güləşdə yaxşı gənc hakimlərimiz var. Onları önə çəkməliyik. Ümumiyyətlə, gənclərə daim fürsət verilməlidir”.

Kamran HACI, Minsk

Həmin kateqoriyadan