- Baxış sayı: 35
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, 8-10 may tarixlərində Göygöl olimpiya idman kompleksində beynəlxalq təlim-məşq toplanışı keçirilib.
Hazırlıq prosesində Azərbaycanın yeniyetmə qızlardan və oğlanlardan ibarət cüdoçuları ilə yanaşı ümumilikdə 15-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edib.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, qadınlardan ibarət yığmanın məşqçiləri Kifayət Qasımova və İmamverdi Məmmədov rəhbərlik edib.
Təlim-məşq prosesinin əsas məqsədi idmançıların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və yarış təcrübələrinin daha da gücləndirilməsidir.