- Baxış sayı: 33
- 22 Dekabr 2024 10:00
- Baxış sayı: 158
- Dekabr 18, 2024
- 0
Cüdoçularımız Göygol Avropa kuboku ilk günündə 16 medal qazandı.
Allsport.az xəbər verir ki, Göygöldə keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa kubokunun ilk günündə Azərbaycan cüdoçuları 6 qızıl, 5 gümüş və 5 bürünc medal əldə edib.
Turnirin ilk günü 8 çəki dərəcəsində 138 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcəsində oğlanların yarışında isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində medalçılar bəlli olub.
Qızlar
40 kq
Nigar Məmişova qızıl medal
Xədicə Abdullayeva və Gülşən Hüseynova bürünc medal
44 kq
Aytac Yoçuzadə gümüş medal
48 kq
Vüsalə Hacıyeva qızıl medal
52 kq
Xədicə Qədəşova gümüş medal
Oğlanlar
50 kq
Nihad Məmişov qızıl medal
Məhəmməd Məmişov gümüş medal
55 kq
Mirxaliq İskəndərov qızıl medal
Fərid Qarayev gümüş medal
Ayxan Mirzəzadə və Murad Fətullayev bürünc medal
60 kq
Məhəmməd Musayev qızıl medal
Xanəhməd Şərifov bürünc medal
66 kq
Cəsur İbadlı qızıl medal
Mehdi Cəfərov gümüş medal