- Baxış sayı: 35
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 153
- Dekabr 18, 2024
- 0
24-26 martda Tiflisdə cüdoçuların “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək sınaqda 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək. Millimiz yarışda 13 nəfərlə təmsil olunacaq.
Cüdoçulara mötəbər yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcəklər.
Heyətə Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi – 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (81 kq), Vüqar Talıbov (90 kq), Camal Həmzətxanov (+100 kq); Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) daxildirlər.
Yarışda “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev da yer alacaq.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.