- Baxış sayı: 46
- 19 Yanvar 2026 21:37
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədov məşhur amerikalı boksçu Floyd Meyvezerlə döyüşmək təklifi alıb.
Allsport.az xəbər verir ki, bunu Həbibin komandasının məşqçisi Xavyer Mendes açıqlayıb:
“Həbibə boks qaydalarına uyğun olaraq Meyvezerlə döyüşə görə külli miqdarda pul təklif olunub. Güləş yox, sadəcə boks. Amma Həbib təklifi rədd etdi. Floydun bu təklifi qəbul edib-etmədiyini bilmirəm. Amma Həbib rinqə qayıtmaqdan imtina etdi”.
Həbib Nurməhəmmədov MMA üzrə 29 döyüş keçirib və 29 qələbə qazanıb. O, karyerasını 2020-ci ildə yüngül çəkidə UFC çempionu kimi başa vurub.