- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Yol yorğunluğuna rəğmən Rumıniyadakı ilk məşqimiz normal keçdi. Çalışdıq baş məşqçinin verdiyi tapşırıqları icra edək. Zal istənilən səviyyədə deyil. Bizdən əvvəl həndbolçular məşq edib deyə, örtük yapışqan idi. Ümid edirəm növbəti məşqə qədər təmizləyərlər”.
Allsport.az saytı xəbər verir ki, bu sözü futzal millisinin üzvü Amadeu deyib. DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində sabah Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi Buzau şəhərində ilk məşqini reallaşdırıb. Məşqdə taktiki planda tapşırıqları yerinə yetirən futzalçılarımız hazırlığını bu gün oyunöncəsi 1 saatlıq məşqlə davam etdirəcək. Komandada əhval-ruhiyyə yüksəkdir:
“Hər kəs qələbə haqda düşünür. Uğurlu başlanğıc növbəti oyunlarda daha yaxşı nəticə qazanmağımız üçün vacibdir. Daha bir məşqimiz var. Elə etməliyik ki, bütün gücümüzü səfərbər edək və bura qədər çəkdiyimiz əziyyətin bəhrəsini görək. Çünki Rumıniya ilə matçdan sonra Bakıda Niderlandla görüş var. Həmin oyuna qalib əhvalda çıxmaq istəyirik”.