Fidan Fərzullayeva: “Hər oyun çox həyacanlı oluruq”

Bu gün AVF-in idman zalında qadın voleybolçuların super liqasının 11-ci turunda “Murov” klubu UNEC üzərində 3:0 qələbə qazandı. Vüqar Əliyevin komandası bununla da, çempionatın bürünc mükafatını təmin etdi. Klubun toppaylayıcısı Fidan Fərzullayeva oyundan sonra allsport.az saytına açıqlama verdi verdi:

“Qalib gəldiyimiz üçün çox sevincliyik. Komandamızda çatışmayan cəhət olmasa da, hər oyun çox həyacanlı oluruq. Bu, çempionatda irəliləməyimizə maneə olur. Bürünc medalla kifayətlənmirik. Çünki lider “Abşeron”a qalib gələ bilərdik. Amma mövsümün ilk qarşılaşmasından oyunuz istədiyimiz kimi alınmadı və sonradan belə də davam etdi”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan