- Baxış sayı: 77
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Bakı idman sarayında 2 dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə ənənəvi beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi, cüdo federasiyası, Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistandan olan yeniyetmə cüdoçular mübarizə aparıblar.
Daha çox medal qazanan ev sahibi (8 qızıl, 12 gümüş, 20 bürünc) ümumi hesabda 1-ci olub. Sonrakı yerləri Ukrayna (4 qızıl, 2 gümüş, 2 bürünc) və Özbəkistan (4 qızıl, 2 bürünc) komandaları tutublar. Fərqlənən cüdoçulara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.