YENİLƏNDİ
Hacı Əliyev və Nurməhəmməd Hacıyev finalda!

Minsk-2019-da güləş yarışı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün idman sarayında daha 3 bahadırımız mübarizəyə qoşuldu. 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev (65 kq) debütdə erməni həmkarına 6:0 qalib gəldi, sonra yerli George Koliyevi 7:5 üstələdi. 1/2 finalda o, erməni əsilli ukraynalı Hor Oqannesyanla 4:4 heç-heçə etsə də, aldığı 2 dəfə 2-xallıq fəndlərə görə qalib elan olundu.

Nurməhəmməd Hacıyev (97 kq) yarımfinalda gürcü əsilli ukraynalı Murazi Mçedlidze ilə qarşılaşdı və rəqibinə 7:0 qalib gəldi.

Həmin kateqoriyadan