- Baxış sayı: 26
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“Çətin olacağını bilirdik. Müsbət nəticə vacib idi”. Allsport.az saytı xəbər verir ki, bu sözü millinin futzalçısı Tyaqo Bolinya Avropa çempionatında Gürcüstana 2:3 hesabı ilə uduzduqları ilk oyun barədə deyib. Braziliyalı oyunçu bu matçı özləri üçün finala bərabər hesab etdiklərini bildirib:
“Heyətimizdəki itkilərə rəğmən, pis başlamadıq, lazım olan qolları vurduq. Məncə, yaxşı oynadıq. Oyunun davamında çox müdafiə olunduq. Belədə topsuz qaldıq, hərəkət etdik və yorğunluq başladı”.
O, rəqibin qol epizodları zamanı bəxti gətirdiyini söyləyib: “Hesab 2:1 olan zaman biz yenidən üstünlüyümüzü 2 topa çatdıra bilərdik. Bunu bacarsaydıq, bəlkə də bu gün fərqli hesab haqqında danışırdıq. Hakimlər də 2-3 həlledici məqamda səhv qərar verdilər. Felipinyo qapıçı ilə təkbətək qalmağa yaxın idi, amma referi ona qarşı olan cəriməni vermədi.
İspaniya ilə növbəti qarşılaşma daha çətin olacaq. Onlar qrupun yox, yarışın favoriti sayılırlar. Amma şansın varsa, sona qədər mübarizə aparmalı, hər məqamdan istifadə etməlisən. Biz də bunu edəcəyik. Azərbaycanın uğur qazanması üçün bacardığımızı meydanda qoyacağıq. Sona qədər inamlı olmalıyıq. Növbəti oyunda Bosniya və Herseqovina Gürcüstanı məğlub etsə, şansımız yenə davam edəcək”.
Milli növbəti oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq və İctimai televiziya vasitəsilə canlı yayımlanacaq.