“Hakimlər yanlış, birtərəfli qərarları ilə oyunun gedişinə təsir etdilər”

Belçika – Azərbaycan oyunundan sonra millinin baş məşqçisi Joze Alesio da Silva açıqlama verib. Allsport.az saytı xəbər verir ki,o, 3:5 yenildikləri görüşdə 2 futbolçunun karantinə alınmasının nəticəyə təsir etdiyini deyib:

“Oyuna yaxşı başlamadıq. Bunun da səbəbi matça gəlməyə az vaxt qalmış dünən verdiyimiz COVİD-19 testinin nəticəsinin açıqlanması və iki oyunçumuzda – Rafael Vilela və Eduardo Borgesdə nəticənin pozitiv çıxmasıdır. Bu məqam psixoloji baxımdan komanda üzvlərinə pis təsir etdi, oyun planımız dəyişdi.

una görə də başlanğıc uğursuz alındı. Təxminən birinci hissənin 10-cu dəqiqəsindən sonra tədricən oyunumuzu düzəldə bildik. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Həm müdafiədə, həm də hücumda bir neçə variantları yoxladıq, standartlardan bir neçə ev tapşırığını yerinə yetirdik. Yəni oyunun əhəmiyyəti böyük idi. Rəqibimiz də yaxşı komandadır. Hakimlər də yanlış, birtərəfli qərarları ilə oyunun gedişinə təsir etdilər. Bu qarşılaşma “axsadığımız” məqamları ortaya çıxardı. Görüləsi işlər çoxdur. Qarşıda 4 məşqimiz var və sürətli şəkildə nələrisə düzəltməyə çalışacağıq. Əlbəttə, çətin olacaq, amma əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan