- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Avstriyanın vitse-kansleri, federativ idman naziri Haynz-Kristian Ştaxeninin rəhbərlik etdiyi nümayəndə heyətini gənclər və idman naziri Azad Rəhimovla görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda qonaq Azərbaycan prezidenti cənab İlham Əliyevin Bakı-2015-də qəza nəticəsində zədələnən Vanessa Şahinoviçin sağlamlığına çox həssas yanaşdığını, hər bir diqqət və qayğını göstərdiyini bildirərək, dərin təşəkkür edib.
Bununla yanaşı, o, Azərbaycan idmanı ilə sıx maraqlandığını, ölkəmizin bu sahədə qazandığı uğurların kifayət qədər yüksək olduğunu söyləyib. Haynz-Kristian Ştaxen Azərbaycanın cüdo üzrə dünya çempionatına çox ciddi hazırlaşdığını, bu istiqamətdə keçirilən bir sıra tədbirlərə də qatıldığını diqqətə çatdırıb. Vitse-kansler Avstriyada da şahmat, güləş və idman növlərinin Azərbaycanla eyni səviyyədə inkişafını arzuladığını xüsusi olaraq vurğulayaraq, böyük məmniniyyətlə bu istiqamətlərdə qarşılıqlı əməkdaşlğa hazır olduğunu bildirib.