- Baxış sayı: 209
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

Qadın voleybol millisinin qarşıdakı məsul sınaqlara hazırlığı davam edir. Allsport.az saytı xəbər verir ki, komandanın hücumçusu Odina Əliyeva durumu belə dəyərləndirib:
“İslamiadaya və Avropa çempionatının təsnifatına hazırlığımız yüksək səviyyədə davam edir. İyulun 1-dən etibarən mən də millimizin məşqlərinə qoşulmuşam. Məşqlərə başladığım gündən etibarən çalışıram ki, tam formamı yığım. Komandamızda yüksək əhval-ruhiyyə var.
Hazırda Sloveniyada təlim-məşqlərimiz davam edir və burada yerli yığma komanda ilə bir neçə yoxlama matçı da keçirəcəyik. Bu ayın sonunadək Mariborda hazırlığımız davam edəcək. Ardınca Bakıya qayıdacaq və avqustun 5-də Türkiyəyə yola düşəcəyik.
İnanıram ki, İslam həmrəyliyi oyunlarında və Avropa çempionatının təsnifat mərhələsində uğurlu çıxış edəcək və qarşımıza qoyulan məqsədlərə çatacağıq”.