- Baxış sayı: 77
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük dəbilqə”də Hidayət Heydərov (73 kq) qızıl medal qazandı. Allsport.az saytı xəbər verir ki, o, uğurunu belə bölüşdü:
“Bu yarışda ilk qələbəmdir. Uğura Vətənimdə yetişmək ikiqat sevindiricidir. Rüstəm Orucov özümüzkülərlə güləşə bilmir. Mənsə, fərqliyəm. Bu cəhətdən ondan üstünəm.
Döşəkdə hamı rəqibimdir. Heç kimə güzəştə getmək fikrim yoxdur. Oktyabrda hərbi xidməti başa vuracağam. Planım çoxdur, hazırlaşmalıyam”.