- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Simurq”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu gün gənc futbolçuların sərgilədiyi oyuna görə sevincliyik. Penaltiyə qədər yaxşı mübarizə apardıq, üstün oynadığımızı düşünürəm. Hakimlərdən xahişim odur ki, penalti epizodlarında bir az diqqətli olsunlar. Mən demirəm qapımıza penalti təyin olunmasın. Penalti varsa, versinlər. Gənc komandanı penaltidən sonra toparlamaq çətindir. Amma ümumi oyundan razıyam. Jaba oyundan çıxan zaman etiraz etdi. Ancaq sonra gəlib üzr istədi. Biz ona başa saldıq ki, belə hallar olmamalıdır”.