- Baxış sayı: 91
- 12 Dekabr 2025 13:52

- Baxış sayı: 166
- Dekabr 19, 2025
- 0


Zaqrebdə keçirilən 14-cü futzal üzrə universitetlərarası Avropa çempionatında ölkəmizi təmsil edən Azərbaycan idman akademiyasının (ASA) komandası finala yüksəlib.
Allsport.az xəbər verir ki, yarımfinal qarşılaşmasında ASA kollektivi İspaniyanın Kastilya La-Mança universitetinin komandasına qarşı parlaq oyun sərgiləyərək 5:1 hesablı qələbə qazanıb.
Azərbaycan təmsilçiləri finalda İspaniyanın Valensiya universiteti ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.