- Baxış sayı: 30
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Allsport.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan yığmasının daha 1 oğlan idmançısı yarımfinala vəsiqə əldə edib.
66 kq-da Nurlan Müseyibli Vladimir Versesjanla (Estoniya) üz-üzə gəlib. O, döyüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qələbə qazanan və özü üçün azı bürünc medalı təmin edən Müseyibli yarımfinalda Arda Fidanla (Türkiyə) gücünü yoxlayacaq.
Qız boksçularının mübarizəsində isə millimizin 2 üzvü finala yüksəlib. Nəsrin Abdullazadə (40 kq) yarımfinalda Elliemay Feterstonu (İrlandiya) 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. Təmsilçimiz həlledici görüşdə Madlin Laverik-Arnotla (İngiltərə) qarşılaşacaq.
Xumar Cəfərli (75 kq) Alina Papaşvili (Ukrayna) ilə dueli aktivinə yazıb. İlk raundda tam üstünlüklə qalib gələn boksçumuz finalda Yağmur Əryurdla (Türkiyə) qüvvəsini sınayacaq.
32 ölkədən 369 idmançının qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq.