İki boksçumuz dünya çempionatının yarımfinalına yüksəlib

Allsport.az xəbər verir ki, Azərbaycan millisinin 2 boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Yığma üzvlərindən Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurub.

Dominqes yarımfinala gedən yolda Şoxcahon Abdullayevlə (Özbəkistan) döyüşüb. Dünya çempionumuz inamlı qələbə sayəsində ardıcıl 2-ci dəfə mundialın 1/2 finalına yüksəlib.

Onun uğurunu Abdullayev də davam etdirib. 1/4 finalda Nikoloz Beqadzelə (Gürcüstan) qarşılaşan dünya çempionatının mükafatçısı 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Abdullayev də ardıcıl 2-ci dəfə mundialın yarımfinalında iştirak hüququ əldə edib.

Hər 2 boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

1/2 final döyüşləri mayın 12-də olacaq.

Həmin kateqoriyadan