- Baxış sayı: 43
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Dubayda kişi boksçular arasında dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın daha 2 idmançısı mübarizəyə qoşulub.
Avropa çempionumuz Sübhan Məhəmmədov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb. Boksçumuz üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Məhəmmədov 1/8 finalda ilk mərhələdən azad olan Mehran Şəfiyevlə (Tacikistan) döyüşəcək.
Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçumuz 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.
Dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.