- Baxış sayı: 43
- 19 Yanvar 2026 22:18
- Baxış sayı: 54
- Yanvar 20, 2026
- 0

Gənclər və idman nazirliyinin dəstəyi, Azərbaycan kamandan oxatma federasiyasının təşkilatçılığı ilə örtülü salonda keçirilən ölkə birinciliyi və çempionatı çərçivəsində iki kateqoriya üzrə mübarizəyə yekun vurulub.
Allsport.az xəbər verir ki, gərgin idman rəqabəti ilə yadda qalan yarışların ilk mərhələsində idmançılar U21 və böyüklər kateqoriyaları üzrə öz məharətlərini nümayiş etdiriblər.
Hər iki kateqoriya üzrə fəxri kürsüyə yüksələn idmançıların siyahısını təqdim edirik:
U21 kateqoriyası üzrə:
Qadınlar: Fatimə Hüseynli (qızıl), Aliyə Əliyeva (gümüş), Lalə Almas (bürünc).
Kişilər: Sərdar Vəliyev (qızıl), Nurlan Rəhimli (gümüş), Anar Cavadzadə (bürünc).
Azərbaycan çempionatı:
Qadınlar: Yaylagül Ramazanova (qızıl), Fatimə Hüseynli (gümüş), Dilguşə Sadıqova (bürünc).
Kişilər: Məhəmmədəli Əliyev (qızıl), Nurlan Rəhimli (gümüş), Hüseyn Məhərrəmov (bürünc).
Qaliblərə mükafatları Azərbaycan kamandan oxatma federasiyasının baş katibi Fərid Xəlilov, gənclər və idman nazirliyinin strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva və Azərbaycan tibb universitetinin tədris idman mərkəzinin müdiri Qələndər Aslanov təqdim ediblər.