- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Məlum olduğu kimi, qadın voleybolçularımız Qızıl Avropa liqasında mübarizə aparacaq. Allsport.az saytı xəbər verir ki, ilk dövrə mayın 28-30-da Rumıniyada olacaq. Millimizin gənc üzvü İlhamə Əliyeva rəqabət öncəsi açıqlama verib:
“Böyük qürur hissi keçirirəm ki, komandamızın heyətində çıxış edən oyunçulardan biri də mənəm. Millidə mübarizə aparmaq həm sevindirici, həm də həyəcanlıdır. Son mövsümdə “Murov” klubunda çıxış etmişəm. İlk dəfədir ki, yığma ilə böyük arenada meydançaya çıxacağam.
Oyunlar zamanı əlimdən gələni komandamıza kömək etməyə çalışacam. Heyət demək olar ki, gənclərdən ibarətdir. Bir neçə oyunçu bu mövsüm ərzində məşq edib oyun keçirib.
Buna baxmayaraq, məşqçilərimiz təlim-məşqlərə başladığımız gündən etibarən, oyunlara yaxşı hazırlaşmağımız üçün, məşqləri yüksək səviyyədə keçirməyə və uzun müddətlik fasilədən sonra qısa zaman ərzində oyunçuların formasını bərpa etmək üçün çalışıblar.
Hər birimiz oyunlarda sona kimi savaşmağa və gözəl oyun göstərməyə hazırıq. Komandamıza uğurlar arzu edirəm!”