- Baxış sayı: 112
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Milli olimpiya komitəsinin onlayn formatda VIII hesabat-seçki baş məclisi keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə icrayyə komitəsinin və təftiş komissiyasının hesabatı dinlənilib. Ölkə başçısı İlham Əliyev yenidən quruna prezidenti seçilib.
Sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftəhəddinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un icrayyə komitəsinin üzvü seçiliblər.
İclasda MOK-un təftiş komissiyasına üzvlərinin də seçkisi baş tutub. Lüdmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov təftiş komissiyasına üzv seçiliblər.