- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

Polşanın paytaxtı Varşavada cüdoçuların Avropa çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə millimizin 4 üzvü tatami üzərinə çıxıb.
Onlardan ikisi hesabına medal yazdırıb: Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) 3-cü yer tutublar.
Aişə Qurbanlı (48 kq) ilə Nəzakət Əzizova (52 kq) mübarizəni erkən dayandırıblar. Bu gün Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi – 73 kq) və Rüfət İsmayılov (81 kq) tatami üzərinə çıxacaqlar.