İlk rəqiblərimiz bilindi

Sabah Tokio-2020-də güləşçilərimiz mübarizəyə başlayacaq. Allsport.az saytı xəbər verir ki, artıq Rafiq Hüseynov (77 kq) və Elis Manolovanın (qadın güləşi, 68 kq) ilk rəqibləri müəyyənləşib.

Bu gün püşkatmadan sonra, yunan-Roma güləşçisi 1/8 finalda dünya 2-cisi və Avropa 3-cüsü isveçli Aleks Kessidislə qarşılaşacaq. Görüş “A” xalçasında keçiriləcək. Avropa çempionu rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) – Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi ilə görüşəcək.

Qadın güləşçimiz ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. Tutaşma “B” xalçasındaolacaq. O, 1/4 finala yüksəlsə, Meerim Jumanazarova (Qırğızıstan) – Mimi Xristova (Bolqarıstan) duelinin güclüsü ilə görüşəcək.

Bu çəkilərdə ilk görüşlər Bakı vaxtı ilə saat 6:30-da başlayacaq.

Həmin kateqoriyadan