- Baxış sayı: 237
- 19 Dekabr 2025 16:24
- Baxış sayı: 94
- Dekabr 19, 2025
- 0


Dekabrın 22-də qadın voleybolçular arasında yüksək liqada ilk turun oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bundan 2 saat sonra “Azərreyl”- UNEC duelinə start veriləcək.
Dekabrın 23-də isə kişi voleybolçular arasında yüksək liqada 1-ci turun “Murov” – “Neftçi” oyunu keçiriləcək. Matç saat 17:00-da başlayacaq.
Hər 3 görüş Bakı voleybol mərkəzində olacaq. Yarışlar 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.