İlqar İmamquliyev: “Xilasedici” yeni yarandığından, hələ meydanda anlaşma yüksək səviyyədə deyil

FHN-in idman-sağlamlıq kompleksində kişi voleybolçuların yüksək liqasının ilk dövrəsində “Xilasedici” lider “Neftçi”ni 3:1 məyus edib. Qalib komandanın liberosu İlqar İmamquliyev allsport.az saytına açıqlamasında görüşlə bağlı bunu söyləyib:

“İlk oyunda qələbə qazanmaq hər zaman xoşdur. Düzdür, komandamız yeni qurulub və bu üzdən hələ meydançada anlaşma yüksək səviyyədə deyil. Üstəlik, millinin voleybolçusu Rəsul İbrahimov da bizə son günlərdə qoşuldu.

Amma ümid edirik ki, növbəti oyunlarda komanda daha yaxşı oynayacaq. Çempionatda uzun yol var. Əsas məqsəd pley-offa qədər çatışmamazlıqları aradan qaldırmaqdır. Çünki o mərhələdə hər şey yenidən başlayacaq”.

Həmin kateqoriyadan