- Baxış sayı: 70
- 03 Aprel 2025 19:40
- Baxış sayı: 103
- Aprel 21, 2025
- 0
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”ı məğlub edən “Neftçi” növbəti mərhələyə vəsiqə qazandı. Allsport.az xəbər verir ki, oyundan sonra “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Kubok oyununa köklənmək tam başqadır. Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimiz “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Onlara qarşı oynamaq bizim üçün şərəfdir. İnşallah, “Neftçi” bu il Azərbaycan kubokunu qazanar. Bizim isə qarşıda vacib oyunlarımız var və həmin oyunlara hazırlaşmalıyıq”.
“Neftçi”nin baş məşqçisi Arif Əsədov isə oyunla bağlı bunları dilə gətirib: “Öz komandam barədə geniş danışmaq istəmirəm. “Qaradağ Lökbatan” klubunun oyununu qeyd etməliyəm. Komandanın heyətində yaxşı gənc oyunçular var”.