- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın “Metallist” klubu ilə üz-üzə gəlib.
Qarşılaşmada hesabı Ukrayna təmsilçisi açıb. Amma Azərbaycan klubu cəmi 5 dəqiqə sonra buraxılan topun əvəzini çıxmağı bacarıb. Qalan dəqiqələrdə tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, oyunda başqa qol olmayıb və görüş 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki, “bankçılar” bundan öncə Türkiyənin “İnəgölspor” klubuna 4:1, Qazaxıstan “Kayrat”ına və yerli “Kasımpaşa”ya 3:1 qalib gəlmiş, Almaniya “Enerji”si ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdılar.
Yoxlama oyunu
20 yanvar
“İnter” – “Metallist” – 1:1 (1:1)
Qollar: Bobko, 25 (0:1), Y.Bokonyano, 30 (1:1).