- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü də Azərbaycan millisi üçün uğurlu olub.
Ölkəmizi dünya çempionatında təmsil edən İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Babək Hacıyev (M-3, 60 kq) və Samir İsmayılov (M-1, 81 kq) isə mötəbər turnirin gümüş medallarına yiyələniblər.
Qeyd edək ki, yarışın ilk günü Fərhad Rəcəbli (M-6, 90 kq) usta cüdoçular arasında çempion olub.