- Baxış sayı: 32
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Avropa çempionatının 1/4 finalında Portuqaliya futzalçıları ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva oyundan sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, braziliyalı mütəxəssis 1:8 hesablı məğlubiyyəti belə şərh edib:
“Oyuna yaxşı başladıq. Hətta erkən qol vurduq. Ancaq sonra ardıcıl 2 səhvə yol verdik və rəqib hər iki epizoddan düzgün istifadə etdi. Bundan sonra səhvlər bir-birini təkrarladı. Xüsusilə də oyunun birinci hissəsində bunun qarşısını ala bilmədik.
Müdafiə xəttimiz çox zəif çıxış etdi. Ola bilsin, buna İspaniya ilə oyunda çox güc sərf etməyimiz və yorğun olmağımız da təsir etsin. Çünki hazırlaşmaq üçün çox az vaxtımız var idi. Portuqaliya millisini təbrik edirəm, onlar həqiqətən də yaxşı çıxış etdilər”.