Joze Alesio: Qrup oyunlarının Bakıda keçirilməsinin üstünlükləri var

UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatması olub. Allsport.az saytı xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayacaq Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva püşkü dəyərləndirib:

“Slovakiyanın yaxşı futzal ənənələri var. Təxminən 3 il əvvəl Azərbaycan millisi bu komandaya qarşı oynayıb. Avropa çempionatının pley-offunda keçirilən qarşılaşmalar kifayət qədər çətin alınmışdı. 3:1 hesablı qələbə qazanılan oyunu televiziya vasitəsilə izləmişdim. Ancaq bu dəfə fərqli qarşılaşma olacaq. Çünki son 3-4 ildə onlar xeyli inkişaf ediblər. Müxtəlif turnirlərdə, rəsmi oyunlarda iştirak etməklə kifayət qədər təcrübə toplayıblar. Əlbəttə, çətin rəqibdir. Ancaq müqayisə aparsaq daha güclü qrupa düşə bilərdik.

İlkin mərhələnin “H” qrupundan Finlandiyanın əsas mərhələyə yüksələcəyini gözləyirəm. “G” qrupuna gəldikdə, yəqin ki, Niderland 1-ci yeri tutacaq. Estoniya və ya Bolqarıstanın 2-i yeri tutacağı realdır. Qrup oyunlarını Bakıda keçirəcəyik. Bunun üstünlükləri var. Azarkeş üstünlüyünə malik olacağıq, eyni zamanda bələd olduğumuz, hər gün məşq keçidyimi məkanda oyunlarımızı keçirəcəyik. Hansısa ölkəyə səfər etməyəcəyik və komandada yol yorğunluğu olmayacaq”.

Həmin kateqoriyadan