- Baxış sayı: 43
- 19 Yanvar 2026 22:18
- Baxış sayı: 54
- Yanvar 20, 2026
- 0

Örtülü salonda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, yarışın son günündə U15 (yeniyetmələr) kateqoriyası üzrə həlledici mərhələnin oyunları keçirilib.
Yüksək rəqabət şəraitində baş tutan təsnifat qarşılaşmalarından dərhal sonra günün zirvə nöqtəsi hesab olunan böyük final görüşləri reallaşdırılıb.
Gərgin keçən mübarizənin yekununda U15 kateqoriyası üzrə fəxri kürsüdə yer alan idmançılar müəyyənləşib.
Oğlanlar arasında İsmayılov Məhəmməd qızıl, Məmmədli Saleh gümüş, İsmayılov Əhməd isə bürünc medala sahib olublar.
Qızların yarışında isə Rüstəmli Sona bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb. Məmmədli Selcan gümüş, İbrahimli Məryəm isə bürünc medal qazanaraq yarışı ilk üçlükdə tamamlayıblar.
Qalib gələn idmançılara mükafatları Azərbaycan kamandan oxatma federasiyasının baş katibi Fərid Xəlilov və gənclər və idman nazirliyinin strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva təqdim ediblər.
Bununla da kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyi və çempionatı rəsmi olaraq başa çatıb.