- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Karate ailəsi bu ay yaddaqalan anlar yaşamaq ümidindədir. Allsport.az saytı xəbər verir ki, bütün dünyada milyonlarla azarkeşlərinin ümid və arzuları avqust ayının 3-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin 129-cu Sessiyasında Tokio-2020-nin proqramına daxil ediləcək bu idman növü ilə bağlıdır.
Karate dünyası özünün olimpiya arzularının həqiqətə çevrilməsini görməyin mümkünlüyünün şövqü ətrafında birləşdiyi halda, onların öz sevimli idmanı üçün dəstək vermələrinin vaxtı çatıb. Dünyadakı karate azarkeşləri indi onların dəstəklərinin necə güclü olduğunu göstərmək və karatenin Tokio-2020 axtarışında onun simalarından biri olmaq üçün əlverişli imkana malikdirlər.
Necə? Çox asan: Sadəcə şəkil və ya qısa videolarınızı aşağıdakı üç təsvirdən biri ilə birlikdə worldkaratefederation2016@gmail.com –a göndərin və karatenin ən böyük azarkeşi olduğunuzu sübut edin.
Siz öz dəstək mesajınızı seçə və şəkil və ya videolarınızı universal hörmət və salamlama sözü olan “Oss!”-la, özü-özünü izah edən “Mən dəstəkləyirəm” ifadəsi ilə və ya öz orijinal mesajınızla göndərməyiniz barədə özünüz qərar verə bilərsiniz.
Ən yaxşı şəkillər və videolar Dünya Karate Federasiyasının (WKF) Sosial Media kanallarında göstəriləcək və ən yaradıcı təsvirlər qarşıdan gələn, 2016-cı ildə Linzdə keçiriləcək Dünya Karate Çempionatında nümayiş etdiriləcək xüsusi poster divarının bir hissəsi olacaq.
Qeyd edək ki, WKF-in rəsmi internet səhifəsi bu məlumatı mayda Fransada komanda yarışlarında Avropa çempionu olan qadınlardan ibarət milli komandamızın final görüşündən sonrakı qələbə sevincli şəkili ilə dərc edib.