- Baxış sayı: 35
- 21 Noyabr 2024 19:21
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycan karateçiləri Tokioya yollanıblar. Allsport.az saytı xəbər verir ki, “Nippon Budokan” mərkəzində avqustun 5-də Firdovsi Fərzəliyev (67 kq), ertəsi gün Rafael Ağayev (75 kq), növbəti gündə İrina Zaretska (+61 kq) xalçaya çıxacaq.
Olimpiadanın proqramına ilk dəfə daxil edilən karate yarışları kumite üzrə birləşdirilmiş 6 çəki dərəcəsi (3 kişi və 3 qadınlar) və kata çıxışlarından (kişi və qadınlar) ibarət olacaq. Hər çəki və kata nümayişində 2 qrupa bölünən 10 idmançı çıxış edəcək.
Qruplardan iki ən yüksək nəticə göstərən kimono ustaları yarımfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Tokio-2020-də 34 ölkəni təmsil edən 82 karateçi mübarizə aparacaq.