- Baxış sayı: 430
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Bu gün Tokio olimpiadasında son təmsilçisimiz mübarizəyə qoşulub. Allsport.az saytı xəbər verir ki, qadın karateçi İrina Zaretska (+61 kq) “A” qrupunda ilk görüşdə yaponiyalı Ayumi Ueskanı 4:1, sonra italiyalı Silvia Semeraronu 3:2 məyus edib.
Avropa və dünya çempionumuz 3-cü kumitedə qazaxıstanlı Sofiya Berultsevaya 4:5 yenilsə də, son döyüşündə Məltəm Xocaoğluya 4:0 qalib gəlməklə hesabı 6 xalla qrupu 1-ci pillədə başa vurub.
25 yaşlı kimono ustası yarımfinalda digər qrupun 2-cisi Li Qonqla (Çin) üz-üzə gəlib və 7:2 sevinib.
İrina Zaretska finalda misirli Feryal Abduləzizlə görüşüb. Gərgin mücadilədə 0:2 uduzan idmançımız, 1-ci yerlə kifayətlənib.