- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin baş məşqçisini əsas namizəd Robert Prosineçkinin mümkün köməkçilərinin adına aydınlıq gəlib. Allsport.az Apasport.az saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisin təyinatı rəsmiləşsə, ona Qordan Çipriçlə Draqan Söasiç kömək edəcək.
Bunu Prosineçkinin özü Xorvatiya mətbuatına açıqlayıb. O bildirib ki, hazırda bu məşqçiləri köməkçisi kimi nəzərdə tutub.
49 yaşlı Çipriç Türkiyədə çalışdığı vaxt “Kayserispor”da da Prosineçkinin köməkçisi olub. 16 illik məşqçilik təcrübəsinə malik mütəxəssis bir çox klublarda müxtəlif vəzifələrdə – baş məşqçi, məşqçi, skaut, fərdi məşqçi, gənclər komandasının çalışdırıcısı kimi işləyib. Bunadək isə futbolçu kimi isə orta səviyyəli klublarda top qovub.
Spasiç də Kayseri təmsilçisində yığmamızın gələcək çalışdırıcısının köməkçisi olub. Serbiyalı həm dəə Prosineçkinin həmyaşıdıdı. 45 yaşlı çalışdırıcı zəngin karyerası ilə öyünə bilməz. Spasiç futbolçu kimi vətənində kiçik klublarda çıxış etməsi ilə diqqət çəkir.