Keçmiş dünya çempionu: “Növbəti rəqib kimi Usiki seçərdim”

Amerikalı boksçu, keçmiş dünya çempionu Deontey Uaylder fürsət olarsa, ukraynalı Aleksandr Usiklə qarşılaşmaq istəyir.

Allsport.az xəbər verir ki, o, bu haqda açıqlamasında deyib:

“Əgər seçə bilsəydim, növbəti rəqib kimi Usiki seçərdim. Bu, çox sadədir, çünki o, çempiondur. İmkan olsaydı, Aleksandrla bütün titullar uğrunda mübarizəni dərhal qəbul edərdim. Amma mənim çox gözəl variantlarım var, bəzi döyüşlər təşkil edə bilərsiniz. Qarşıda bizi parlaq gələcək gözləyir”.

Uaylderin son döyüşü finlandiyalı Robert Heleniusla olub. Deontey ilk raundun bitməsinə 3 saniyə qalmış nokautla qalib gəlib.

Həmin kateqoriyadan