İlk dəfə ACF turu keçirilib

Allsport.az xəbər verir ki, Azərbaycan cüdo federasiyası kişi cüdoçular arasında rəqabət səviyyəsinin artırılması, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılması üçün bu ildən etibarən ACF turu adı altında yarışların keçirilməsini planlayır.

İlk belə sınaq 19 apreldə baş tutacaq. 26 klub, cəmiyyət və idman təşkilatından olan 100-dən çox cüdoçu 7 çəkidə mübarizə aparacaq.

Yarışda aparıcı cüdoçulardan Nazir Talıbov, Rövşən Əliyev, Əhməd Yusifov (60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov, Kəramət Hüseynov (66 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev, Telman Vəliyev, İbrahim Əliyev (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (90 kq), Adil Kərimli, Aslan Mirzəyev, Ruslan Nəsirli (100 kq) Camal Qamzatxanov (100 kq) iştirak edəcəklər.

Bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı “Böyük dəbilqə” turnirinə vəsiqə qazanacaq.

Həmin kateqoriyadan