FOTO
Lətifə Əliyeva: Çempion balamız, sən həmişə bizimləsən!

İd­man hər bir mil­lə­tin sağ­lam gə­lə­cə­yə ma­lik ol­ma­sı baxımından çox va­cib amil­dir. Gənc­lə­rin məhz bə­dən tər­bi­yə­si ilə məşğul olması on­la­rı arzuolunmaz yollar­dan çə­kin­di­rir. Ölkəmizdə əha­li­nin küt­lə­vi bədən tərbiyəsi ilə məşğul­lu­ğu cid­di diq­qət mər­kə­zin­də­dir. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu məqama xüsusi toxunub: “İdman sahəsində beynəlxalq ya­rış­lar­da əl­də olu­nan nai­liy­yət­lər çox qiymətlidir. Onların qiy­mə­ti Azər­bay­can xal­qı­nın tək­cə, fi­zi­ki cəhətdən yük­sək keyfiyyətlərə ma­lik ol­du­ğu­nu nü­ma­yiş etdirməkdən iba­rət de­yil, həm də müs­tə­qil Azər­bay­ca­nı dünyada ta­nıt­dır­maq­dan iba­rət­dir”.

Odlar yurdunu dünyaya tanıtdıran çoxlu istedadlar var. Onlardan biri şahmatçı Vüqar Həşimovdur. Təəssüf ki, həmin idmançılar arasında onun kimi həzin və acı tale yaşayan olmayıb. 28 yaşında ağır xəstəlikdən dünyasını dəyişən qrossmeyster qısa həyat yolunda çox manelərə rast gəlib. Yanvarın 11-i dünya şöhrətli şahmatmımızın vəfat etdiyi gündür.

Vüqarın kareyerasının zirvə noqtəsi, FİDE reytinqində 6-cı pilləyə qədər yüksəlməsi olub. 3-qat Azərbaycan çempionu 2009-cu ildə millimizin heyətində Avropa çempionu olmasında “qələbə qolunu” vuran Həşimov, təəssüf ki, beyin xərçənginə qalib gələ bilməyib və 2014-cü ildə Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.

Hər il olduğu kimi, bu gün də onu xeyli sayda insan ziyarət edir. Onlardan biri mərhumun komanda yoldaşı, 3-qat qitə çempionu Rauf Məmmədovun anası Lətifə Əliyevadır. Tanınmış hüquqşünas bu dəfə Vüqarı Raufsuz yad etdi. Millimizin üzvü hazırda ailəsi ilə birgə Ukraynadadır. Bu ziyarətdə Lətifə xanımı tək buraxmadım. Axı, bizi xeyli bağlar birləşdirir. Birincisi, keçmiş şahmatçıyam. İkincisi, rəhmətliyin bacısı Samirə həmkarımdır. Üçüncüsü, Rauf da şahmatımız üçün bir dəyərdir və onunla da bu idmannövündə camiyə olaraq yaxın münasibətim var. Bir sözlə, vəzifə borcunu yerinə yetirdim. Ziyarətdə Vüqar Həşimovun ruhuna Fatihə oxundu, məzarı önünə tər güllər düzüldü. O bu dünyada olmasa da, ruhu daim bizimlədir və xatirələrdə əbədi qalacaq.

Kamran HACI

Нет описания.
Нет описания.
Нет описания.

Həmin kateqoriyadan