- Baxış sayı: 33
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Floyd Meyvezer Mayk Taysonla döyüşün elanına münasibət bildirib.
Allsport.az xəbər verir ki, əfsanəvi boksçular gələn il üz-üzə gələcək.
Döyüşün yeri və dəqiq tarixi daha sonra açıqlanacaq.
“Mən 30 ildir ki, bu idman növündəyəm və bütün bu müddət ərzində mənim irsimə ləkə gətirə biləcək bir boksçu olmayıb. Artıq bilirsiniz ki, bir şey etsəm, bu, möhtəşəm və əfsanəvi olacaq.
Özümü boks biznesinin ən yaxşısı hesab edirəm. Bu şou isə pərəstişkarlara gözlədiklərini tam olaraq verəcək”, – boks üzrə keçmiş dünya çempionu Floyd bildirib.