- Baxış sayı: 50
- 18 Aprel 2025 16:16
- Baxış sayı: 71
- Aprel 24, 2025
- 0
Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzalçıların bu gün mətbuat üçün açıq məşqçi olub. Allsport.az saytı xəbər verir ki, təcrübəli qapıçı Emin Kürdov toplanışla bağlı bunu söyləyib:
“Yanvarın 5-dən məşqlərə başlamışıq və fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilib. Yanvarın 10-dan isə rəsmi təlim-məşq toplanışındayıq. Ölkə xaricində çıxış edən oyunçularımız da həmin tarixdə komandaya qoşulub. Onlar gəldikdən sonra taktiki və texniki planda çalışmalara üstünlük verildi, standartlar üzərində işləyirik. Komandanın qarşısına qoyulan məqsəd məlumdur: 1/4 final mərhələsinə yüksəlmək.
Ukrayna ilə iki yoldaşlıq oyunu keçirdik. Məğlub olmaq istəməzdik. Ancaq həmin matçlar xeyrimizə oldu. Səhvlərimizi gördük, indi də onlar üzərində işləyirik. Yanvarın 16-da Belçikaya yollanacağıq, ertəsi gün bu ölkənin millisi ilə qarşılaşacağıq. Bu oyun komandanın çempionata nə qədər hazır olduğunu göstərəcək”.