- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Millimizin və “Azərreyl” klubunun keçmiş voleybolçusu Yelena Şabovta Ukraynaya dəstək olub. Allsport.az saytı xəbər verir ki, ünlü idmançı öz Feysbuk səhifəsində bunu yazıb:
“Mən ukraynalıyam və orada baş verənlər haqda həqiqi informasiyaya malikəm. Orada mənim qohumlarım və uşaqlıq dostlarım yaşayır. Onların hamısı əsasən Ukraynanın şimal bölgəsindəndirlər.
Mənim qohumlarım Ukrayna ordusunun sıralarındadırlar. Onlar nasist deyillər və sona qədər güclü Rusiya ordusuna qarşı savaşırlar. Qüvvələr nisbəti bərabər deyil. Bunu hamı bilir. Rusiya KİV-lərində yazılanlar tamamilə yalandır”.